*Sorğuya başlamazdan əvvəl aşağıdakıları diqqətlə oxuyun.*
Bu sorğu Tartu Universitetində magistr dissertasiyası çərçivəsində aparılan tədqiqatın bir hissəsidir. Tədqiqatın məqsədi Sirkulyar İqtisadiyyat təcrübələri ilə bağlı istehlakçı davranışında institusional amillərin rolunu araşdırmaqdır.
Sirkulyar iqtisadiyyat istehlak etdiyimiz məhsullardan səmərəli istifadə etmək və onları israf etməməkdən ibarətdir. Biz əşyaları atmaq əvəzinə təkrar istifadə etməli və bunu edərkən ətraf mühitə zərər vermədiyimizə əmin olmalıyıq. İstehlakçı nöqteyi-nəzərindən sirkulyar iqtisadiyyatın 3 əsas prinsipi vardır: təkrar istifadə, təmir və təkrar emal.
Yenidən istifadə, məhsul və əşyaları atmaq yerinə onlar üçün yeni istifadə məqsədi tapmaq deməkdir. Məsələn, birdəfəlik fincan əvəzinə qəhvə fincanı istifadə etmək və ya paltarları atmaq əvəzinə başqalarına hədiyyə etmək və ya işlənmiş mallar satılan platformada satmaq.
Təmir, sıradan çıxmış bir əşyanı yenisi ilə dəyişdirmək əvəzinə onu təmir etmək deməkdir. Məsələn, yeni bir cüt almaq əvəzinə bir cüt ayaqqabını təmir üçün pinəçiyə aparmaq və ya yenisini almaq əvəzinə bir velosipedi təmir etmək.
Təkrar emal köhnə bir şeyi yeni bir şeyə çevirmək deməkdir. Məsələn, plastik butulkaları təkrar emal edərək yeni, kreativ plastik məhsullara çevirmək və ya yeni kağız məhsulları hazırlamaq üçün təkrar emal olunmuş kağızdan istifadə etmək və ya əşyalarımızın daha uzun müddətli istifadəsi və biz bunu edərkən təbiətə zərər verməmələri üçün onlara qulluq edilməsi.
Bu sorğuda düzgün cavablar yoxdur, araşdırma sizin fikrinizi və bu mövzuya orijinal baxışınızı təhlil etmək üçün hazırlanmışdır. Bu araşdırmanın nəticələrinin aktual olması üçün sorğuya ciddi cavablar verməniz və sorğunu sona qədər tamamlamanız önəmlidir. Sorğuda iştirak könüllüdür və istənilən zaman sorğunu tərk edə bilərsiniz.
Bütün məlumatlar məxfi saxlanılacaqdır.
Tədqiqat demoqrafik səbəblərə görə yaşınız, cinsiniz, təhsiliniz və yerləşdiyiniz yerdən başqa sizin haqqınızda hər hansı şəxsi məlumat toplamayacaq. Şəxsiyyətinizi müəyyən edə bilən heç bir məlumat, kompüterinizin IP ünvanı heç bir məqsəd üçün əldə edilməyəcəkdir.
Sorğu ilə bağlı hər hansı sualınız varsa, tədqiqatçılarla əlaqə saxlayın.
Tədqiqatçı(lar)ın adı və əlaqə məlumatları:
Toğrul Paşabəyli (toghrul.pashabayli@ut.ee)
Zeynal Laylabashov (zeynal.laylabashov@ut.ee )